Mustafa Şəntop Qazaxıstanın Müstəqillik Gününü təbrik edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Qazaxıstanın Müstəqillik Gününü təbrik edib.

1748389
Mustafa Şəntop Qazaxıstanın Müstəqillik Gününü təbrik edib

Mustafa Şəntop Qazaxıstanın Müstəqillik Günü münasibəti ilə parlamentin sədri Nurlan Niqmatulinə təbrik məktubu ünvanlayıb: “Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə dost və qardaş Qazaxıstan xalqını Türkiyə Böyük Millət Məclisinin üzvləri və öz adımdan təbrik edirəm. Türkiyə ilə Qazaxıstan arasında mövcud olan qardaşlıq və dostluq münasibətləri əsasında dərin tarixi, mədəni və bəşəri bağlar mövcuddur. Parlamentlərimiz arasında sıx əlaqələr də bu möhkəm zəmində inkişaf edir, ikitərəfli və çoxtərəfli platformalarda vüsət alır”. Mustafa Şəntop Qazaxıstan Senatının rəhbəri Maulen Aşimbayevə də ünvanladığı mesajında Qazaxıstanın Müstəqillik Gününü təbrik edib və Senat üzvlərinə uğurlar və xoşbəxtlik arzulayıb.



Әlaqәli Xәbәrlәr