Ankarada Qazaxıstanın dövlət müstəqilliyinin otuz illiyi münasibətilə rəsmi qəbul keçirildi

Qazaxıstan Respublikasının dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə paytaxt Ankara şəhərində rəsmi qəbul keçirilidi.

1748170
Ankarada Qazaxıstanın dövlət müstəqilliyinin otuz illiyi münasibətilə rəsmi qəbul keçirildi

Qazaxıstan Respublikasının dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə paytaxt Ankara şəhərində rəsmi qəbul keçirilidi.

Qazaxıstanın Türkiyədəki səfirliyinin təşkil etdiyi qəbulda rəsmi şəxslər, deputatlar, paytaxt Ankarada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, eləcə də səfirlər, türk dünyasının görkəmli simaları iştirak etdilər.

Mərasim Qazaxıstan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlandı.

Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuly, Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın çıxışları oldu..

Çıxışlarda qardaş Qazaxıstanın dövlət müstəqilliyi dövründə qazandığı nailiyyətlərə, Qazaxıstan-Türkiyə münasibətlərinin inkişaf dinamikası, eləcə də Qazaxıstanın türk dünyasının birliyi və həmrəyliyi istiqamətindən göstərdiyi səylərə toxunuldu.

Mərasim keçirilən salonun nəhəng ekranında Qazaxıstanın tarixini, zəngin mədəniyyətini, zərif incəsənət nümunələrini, iqtisadiyyatı və əsrarəngiz təbiətini, dəyərlərini əks etdirən videoçarxlar nümayiş olundu.

Rəsmi hissədən sonra mərasim zəngin musiqili proqramla davam etdi.



Әlaqәli Xәbәrlәr