Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1734233
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 noyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1229 nəfər müalicə olunaraq sağalıb, 1072 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 561 min 925 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 523 min 660 nəfər müalicə olunaraq sağalıb, 7471 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 30 min 794 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6803, bu günə qədər isə ümumilikdə 5 milyon 367 min 119 test icra olunub.   

  Qeyd edək ki, noyabrın 15-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 340 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, “buster” doza ilə peyvənd olunanların sayı isə 79 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 92 min 763, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 22 min 490, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 480 min 735 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 589 min 538 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr