"Əgər Ermənistan bunu anlasa..." H.Akar

Türkiyənin Baş qərargah rəisi general Yaşar Gülər və komandirlərilə Zəfər Günü münasibətilə getdiyi Azərbaycanda jurnalistlərlə bir araya gələn H.Akar onların suallarını cavablandıraraq deyib...

1731444
"Əgər Ermənistan bunu anlasa..." H.Akar

 

  Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Türkiyənin uzatdığı barış əlinin Ermənistan tərəfindən bir fürsət kimi qiymətləndirilməli olduğunu diqqətə çatdırıb.

  Türkiyənin Baş qərargah rəisi general Yaşar Gülər və komandirlərilə Zəfər Günü münasibətilə getdiyi Azərbaycanda jurnalistlərlə bir araya gələn H.Akar onların suallarını cavablandıraraq deyib: “Bir il əvvəl 44 günlük əməliyyatın nəticəsində Azərbaycan Ermənistan işğalı altındakı torpaqlarını qurtardı, öz ərazisinin müstəqilliyi və azadlığını bərpa etdi.

  Türkiyə Silahlı Qüvvələri kimi biz azərbaycanlı qardaşlarımızla birlikdə xaincəsinə, alçaqcasına bu torpaqlara yerləşdirilən və günahsız xalqın həyatını təhdid edən minalar başda olmaqla, hər cür təhdid və təhlükənin aradan qaldırılması üçün gecə-gündüz çalışırıq. Təmizlənən torpaqlar çox şükür, iqtisadiyyata yenidən qazandırılır.

  Türkiyə-Rusiya əsgərlərinin vəzifələrini icra yetdikləri ortaq mərkəzin müəyyən olunan çərçivədə çalışması üçün hər cür səy göstərilir. Məqsədimiz atəşkəsin davamiyyətinin təmin edilməsi və bölgəyə sabitliyin gəlməsidir.

  Hələ də vəziyyətin gərginləşdirilməsilə bağlı bəzi təxribatlar törədilir. Biz Azərbaycanın öz torpaqlarının işğaldan azad etməsinə kömək olduq. Hər kəs başa düşməlidir ki, bundan sonrakı dövrdə düşmənliklə bir yerə varılmaz. Gələcəyə baxmaq lazımdır.

  Azərbaycan prezidenti hörmətli İlham Əliyev ilə ölkə başçımız hörmətli Rəcəb Tayyib Ərdoğanın uzatdıqları barış əlinin Ermənistan tərəfindən bir fürsət olaraq qiymətləndirilməsini və bundan istifadə edilməsini istəyirik.

  Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan, Rusiya və İran - bunlar hamısı bir-birləri ilə danışmalı və birlikdə bölgədə sabitlik mühitinin təmin edilməsinə çalışmalıdır.  

  Baxın, dünyada qarşıdurmaların olduğu, problemlərin yaşandığı müxtəlif bölgələr var. Siyasi həllər tapa bilənlər daha etibarlı, daha rifahverici nöqtələrə gəliblər. Bunu görmək lazımdır. Ermənistan bunu anlamalı və nəticəyə gəlməlidir. Əgər bunu anlasalar, düzgün hərəkət etsələr, lazımi reaksiyalar göstərsələr, həm təhlükəsizlik, həm rifah baxımından çox ciddi irəliləyiş təmin edilə bilər."



Әlaqәli Xәbәrlәr