Qırğızıstanda yeni hökumətin üzvlərinin təyin olunması ilə bağlı fərmanlar imzalanıb

Qırğızıstan Prezidenti Sadır Japarov yeni hökumətin üzvlərinin təyin olunması ilə bağlı fərmanlar imzalayıb.

1719282
Qırğızıstanda yeni hökumətin üzvlərinin təyin olunması ilə bağlı fərmanlar imzalanıb

Qırğızıstan Prezidenti Sadır Japarov yeni hökumətin üzvlərinin təyin olunması ilə bağlı fərmanlar imzalayıb.

Dövlət başçısı Akılbek Japarovun Nazirlər Kabinetinin (NK) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar fərmana imza atıb.

Prezident Arzıbek Kojoşevin NK sədrin birinci müavini, Aziz Aliyev və Edil Baysalovun sədrin müavinləri, Kamçıbek Taşıyevin NK sədrinin müavini və Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunması ilə bağlı fərmanlar verib.

Dövlət başçısı Qırğızıstan parlamenti-Joqorku Keneşdə yeni hökumətin təsdiq edilən üzvlərinin təyin olunması ilə bağlı da fərmanlar imzalayıb.

Qeyd edək ki, Qırğızıstan qanunlarına uyğun olaraq yeni hökumətin üzvləri oktyabrın 13-də ölkə parlamenti-Joqorku Keneşdə and içiblər.



Әlaqәli Xәbәrlәr