Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1695359
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1180 nəfər müalicə olunaraq sağalıb, 3069 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 391 min 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 345 min 783 nəfər müalicə olunaraq sağalıb, 5308 nəfər vəfat edib. Aktiv xəstə sayı 40.415 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 976, bu günə qədər isə ümumilikdə 4 milyon 319 min 841 test icra olunub.     

   Qeyd edək ki, avqustun 22-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 60 min 192 nəfər vaksinasiya olunub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 45 min 649, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 14 min 542 nəfər olub.

  Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 170 min 376-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 713 min 143, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 457 min 233 nəfərdir.



Әlaqәli Xәbәrlәr