Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1695057
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1196 nəfər müalicə olunaraq sağalıb, 3551 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 388 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 344 min 603 nəfər müalicə olunaraq sağalıb, 5279 nəfər vəfat edib. Aktiv xəstə sayı 38.555 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 982, bu günə qədər isə ümumilikdə 4 milyon 304 min 865 test icra olunub.     

  Qeyd edək ki, avqustun 21-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 64 min 714 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 min 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 14 min 423 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı isə 2 milyon 442 min 691 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr