Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1691485
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 646 nəfər müalicə olunaraq sağalıb, 2993 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 368 min 2 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 338 min 925 nəfər müalicə olunaraq sağalıb, 5153 nəfər vəfat edib. Aktiv xəstə sayı 23.924 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 376, bu günə qədər isə ümumilikdə 4 milyon 210 min 440 test icra olunub.

  Qeyd edək ki, avqustun 15-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 54 min 890 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 min 339 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 794 min 232, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 419 min 938, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 374 min 294 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr