Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1690844
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 648 nəfər müalicə olunaraq sağalıb, 1769 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 361 min 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 337 min 669 nəfər müalicə olunaraq sağalıb, 5125 nəfər vəfat edib. Aktiv xəstə sayı 18.707 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 945, bu günə qədər isə ümumilikdə 4 milyon 178 min 108 test icra olunub.

  Qeyd edək ki, avqustun 13-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 63 min 547 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 960 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 671 min 138, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 332 min 17, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 339 min 121 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr