Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1688846
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 435 nəfər müalicə olunaraq sağalıb, 1736 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 354 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 335 min 771 nəfər müalicə olunaraq sağalıb, 5084 nəfər vəfat edib. Aktiv xəstə sayı 13.807 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 81, bu günə qədər isə ümumilikdə 4 milyon 133 min 796 test icra olunub.

  Qeyd edək ki, avqustun 10-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 59 min 288 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 936 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 478 min 42, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 200 min 107, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 277 min 935 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr