Qarşı tərəf cavab atəşi ilə susdurulub

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki...

1679880
Qarşı tərəf cavab atəşi ilə susdurulub

 

  İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.

  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

  Qarşı tərəf cavab atəşi ilə susdurulub.



Әlaqәli Xәbәrlәr