Özbəkistanda prezident seçkisi 24 oktyabrda keçiriləcək

Zayniddin Nizamxocayev keçirdiyi mətbuat konfransında komissiyanın ölkədə prezident seçkilərinin 24 oktyabr tarixində keçirilməsinə qərar verdiyini bildirib.

1679040
Özbəkistanda prezident seçkisi 24 oktyabrda keçiriləcək

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev keçirdiyi mətbuat konfransında komissiyanın ölkədə prezident seçkilərinin 24 oktyabr tarixində keçirilməsinə qərar verdiyini bildirib.

Nizamxocayev qeyd edib ki, seçki kampaniyası da artıq bu gündən başlayıb.

Xatırladaq ki, Özbəkistan parlamentinin yuxarı palatası olan Senat Baş Məclisi fevral ayında prezident seçkilərinin dekabrdan oktyabr ayına keçirməyi planlaşdıran qanuna düzəlişi təsdiqləmişdi. Yeni tənzimləməyə görə, əvvəllər dekabrın 20-dən sonra ilk bazar günü olacağı proqnozlaşdırılan prezident seçkilərinin oktyabrın 20-dən sonrakı ilk bazar günü keçiriləcəyi qeyd edilmişdi. 

Prezidentin 5 illiyinə seçildiyi ölkədə son prezident seçkiləri 2016-cı ilin dekabrında keçirildikdə, bu seçki 3 rəqibi qarşısında seçicilərin 88,61-nin səsini qazanan Şavkat Mirzoyev qalib gəlmişdi.



Әlaqәli Xәbәrlәr