44 günlük müharibədə xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılması mərasimi

Bakıda Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Milli Mətbuatın 146-cı ildönümü münasibəti ilə 44 günlük Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılması mərasimi keçirildi

1678036
44 günlük müharibədə xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılması mərasimi
Mətbuat günü_22 iyul 2021_11.JPG
Mətbuat günü_22 iyul 2021_27.JPG
Mətbuat günü_22 iyul 2021_mükafatvermə_16.JPG
Mətbuat günü_22 iyul 2021_mükafatvermə_26.JPG
Zamin Zeynal_Mətbuat günü_02.JPG
fəxri diplomlar_02.JPG

 

   Azərbaycanın paytaxtı Bakıda Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Milli Mətbuatın 146-cı ildönümü münasibəti ilə 44 günlük Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılması mərasimi keçirildi.

  Milli Məclisin Ailə Qadın Uşaq Məsələri Komitəsinin sədr müavini, Millət vəkili Jalə Əliyeva, millət vəkili Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidməti rəhbərləri, tanınmış media qurumlarının baş redaktorları, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və ictimaiyyət nümayəndələri iştirak və çıxış etdilər.

  Mükafatlandırma mərasimində çıxış edənlər Azərbaycan Mətbuat tarixinə nəzər salaraq milli mətbuatın banisi, dəyərli Azərbaycan ziyalısı, təbiətşünas alim Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin iyulun 22-də işıq üzü görən “Əkinçi” qəzetinin tarixi əhəmiyyətindən söz açdılar. Natiqlər qeyd etdilər ki, H.Zərdabinin naşirliyi ilə “Əkinçi” qəzetinin nəşr edilməsi o dövrün ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malik idi.

  Azərbaycan Milli Mətbuatının təməli, ruşeyimi olan “Əkinçi” qəzetinin ənənələri bu gün milli, vətənpərvər əzmdə çalışan peşəkar jurnalistlər tərəfindən qorunub saxlanılır, dərin hörmət və ehtiramla xatırlanılır.

  Çıxış edənlər onu da bildirdilər ki, Azərbaycan jurnalistlərinin 44 günlük müharibə dövründə milli vətənpərvər ruhda fəaliyyət göstərmələri Həsən bəy Zərdabinin xalqımıza miras qoyduğu “Əkinçi” qəzetinin apardığı maarifləndirici missiya ilə uzlaşaraq tarixi mətbuat ənənəsinə sadiqliyin ən parlaq nümunəsidir.

  Mükafatlandırma mərasimi ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib: “44 günlük Vətən müharibəsi zamanında və informasiya cəbhəsində öz peşə faəliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daim Azərbaycan Mətbuatının tarixi və bu günü ilə bağlı önəmli qərarlar, jurnalistlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan mediasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsi istiqamətində dövlətin media siyasətinə dövlət QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir.

  Görkəmli təbiətşünas alim, milli mətbuatın banisi Həsən bəy Zərdabinin peşəkar, yaradıcı, araşdırıcı, çoxşaxəli jurnalist fəaliyyəti müsair dövrdə çalışan Azərbaycan jurnalistlərinə örnəkdir. Həsən Bəy Zərdabi deyərdi: “Maariflənmək, xalq, millət üçün yanmaq gərəkdir”. Böyük naşir bu cür milli vətənpərvər əhəmiyyətli fikirlərilə yaşayıb-yaratdığı dövrdə milli özünü dərkin, oyanışın formalaşmasında çox böyük rol oynamışdır.”

  Mükafatlandırma mərasimində 110-dan çox jurnalistə mükafat və müxtəlif hədiyyələr təqdim edildi. 44 günlük haqq savaşında xüsusi fəadakarlıq göstərmiş jurnalistlərlə yanaşı ölkənin aparcı media qurumlarının rəhbərləri, mətbuat xidməti rəhbərləri də mükafatlandırıldı. İctimai birlik tərəfindən gələcəkdə də bu sayaq ictimai-siyasi mənəvi dəstək yönümlü tədbir və layihələr uğurla davam etdiriləcək.

 

https://disk.yandex.com/d/nIatyycbT7jpUg?fbclid=IwAR2L4cJkfLTa7gNNhnKPhBTJHnf_AbBormPgcETFgUH-bf_9WVYX5H7gTIk



Әlaqәli Xәbәrlәr