Azərbaycan parlament heyəti ilk dəfə Qıbrızda

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi heyəti ilk dəfə rəsmi olaraq Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər etdi

1676606
Azərbaycan parlament heyəti ilk dəfə Qıbrızda

 

  Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi heyəti ilk dəfə rəsmi olaraq Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər etdi. Heyət ölkənin başçısı Ersin Tatar, parlament sədri Öndər Sennaroğlu və baş naziri Ersan Saner ilə bir araya gəldi.  

  Səməd Seyidovun rəhbərlik etdiyi heyət ilk olaraq Qıbrıız (ŞKTR) prezidenti Ersin Tatar tərəfindən qəbul edildi. Türkiyənin Azərbaycanla yaxınlığını böyük məmnuniyyətlə qarşıladığını bildirən E.Tatar dedi: "Biz bir millət, üç dövlətik. Hamımız türk soyundan gəlirik… Azərbaycan şəhidlər verdi, zülm və ağrılar çəkdi. Sizin ağrınız bizim ağrımız oldu."

  Azərbaycan Milli Məclisi Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri də öz növbəsində "Türkiyənin gücü Azərbaycanın gücüdür, Şimali Kiprin gücüdür" deyərək Türk dünyasının bir araya gəlməsini dilədi.

  Daha sonra Qıbrız parlamentinin sədri Öndər Sennaroğlu tərəfindən qəbulda Azərbaycan deputatı dedi: "Biz bir millət, iki dövlətik, üçüncüsü də buradadır. Bu gün Türkiyə və Azərbaycanın birgə gücüylə gücləndik. Şimali Kiprin güclənməsiylə də bütün Türk dünyası güclənəcək”.

  Səməd Seyidov Qıbrızın baş naziri Ersan Sanerlə görüşdə isə Avropa Şurasında Şimali Kipr Türk Respublikasının haqlarını həmişə müdafiə edəcəklərini bildirdi.



Әlaqәli Xәbәrlәr