Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 iyul)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1672873
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 iyul)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 62 nəfər müalicə olunaraq sağalıb, 174 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 336 min 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 330 min 668 nəfər müalicə olunaraq sağalıb, 4982 nəfər vəfat edib. Aktiv xəstə sayı 1312 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 831 min 673 test aparılıb. Bugünkü test sayı isə 9947-dir.     

  Qeyd edək ki, iyulun 9-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 51 min 510 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 20 min 756, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 30 min 754 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 15 min 612-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 437 min 929, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 577 min 683 nəfərdir.



Әlaqәli Xәbәrlәr