Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 iyul)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1671690
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 iyul)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 54 nəfər müalicə olunaraq sağalıb, 127 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 336 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 330 min 567 nəfər müalicə olunaraq sağalıb, 4979 nəfər vəfat edib. Aktiv xəstə sayı 1138 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 813 min 17 test aparılıb. Bugünkü test sayı isə 10.025-dir.     

  Qeyd edək ki, iyulun 7-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 55 min 169 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24 min 211, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 30 min 958 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 910 min 624-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 396 min 007, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 514 min 617 nəfərdir.

 



Әlaqәli Xәbәrlәr