Türkiyə və Azərbaycan silahlı qüvvələrinin hərbi təlimi bu gün sona çatacaq

Türkiyə və Azərbaycan silahlı qüvvələrinin Azərbaycanda başlatdıqları birgə hərbi təlim davam edir.

1667387
Türkiyə və Azərbaycan silahlı qüvvələrinin hərbi təlimi bu gün sona çatacaq

Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Bildirib ki, əsas məqsəd döyüş əməliyyatları zamanı iki ölkə qoşunlarının qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaq, komandirlərin bacarıqlarını gücləndirmək olan hərbi təlim çərçivəsində müxtəlif tapşırıqlar icra edilir.

 “Mustafa Kamal Atatürk 2021” adlanan təlimdə 600 əsgər, təxminən 40 tank və zirehli texnika, 20 top, 7 döyüş və personel helikopteri və 50 vasitə iştirak edir. Pilotsuz uçuş aparatlardan da istifadə edilən təlim bu gün başa çatacaq.

 



Әlaqәli Xәbәrlәr