Anadolu agentliyi Azərtaca başsağlığı verdi

Anadolu agentliyinin rəhbəri Serdar Karagöz Azərtacın kollektivinə başsağlığı verib

1652002
Anadolu agentliyi Azərtaca başsağlığı verdi

 

  Türkiyənin Anadolu agentliyinin rəhbəri Serdar Karagöz Kəlbəcərdə xidməti fəaliyyətini yerinə yetirərkən mina partlaması nəticəsində Azərtacın müxbirinin həlak olması ilə əlaqədar agentliyin İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanova başsağlığı məktubu göndərib.

  Məktubda deyilir: “İkisi jurnalist, o cümlədən Azərtacın müxbiri Məhərrəm İbrahimov da daxil olmaqla, 3 qardaşımızın ermənilərin Kəlbəcərdə basdırdığı minanın partlaması nəticəsində həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.

  İnsanlığa qarşı dəhşətli cinayətlər törədən erməni silahlı birləşmələrinin Qarabağın işğalına son qoyulmasından sonra da bu ərazilərdə günahsız insanları qətlə yetirməsini kəskin şəkildə qınayır və Anadolu agentliyi olaraq bu ağır gündə sizin şəxsinizdə bütün Azərbaycan mediasının yanında olduğumuzu bildirirəm.

  Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, kollektivinizə və həlak olanların yaxınlarına başsağlığı verirəm”.



Әlaqәli Xәbәrlәr