“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazi sağalaraq Azərbaycana geri dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazi sağalaraq Azərbaycana geri dönüb.

1650987

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, onlar Quliyev Şahmar Anar oğlu, Əliyev Xəyyam Şəadət oğlu, Quliyev Şəhriyar Əsa oğlu, Eyvazov Səbuhi Rahim oğlu, Məmmədov Seymur Rafiq oğlu, Hüseynov Ülvi Məsum oğludur.

Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən Azərbaycana gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Әlaqәli Xәbәrlәr