Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

General-leytenant Ramiz Tahirov “Anatolian Phoenix-2021” təliminin “Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Konya şəhərində səfərdədir.

1649048
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov “Anatolian Phoenix-2021” təliminin “Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Konya şəhərində səfərdədir.

Səfər çərçivəsində təlimdə iştirak edən ölkələrin HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

General-leytenant Ramiz Tahirov hərbi aviasiya sərgisində nümayiş etdirilən müasir pilotsuz uçuş aparatları və hərbi aviasiyada istifadə olunan ən yeni texnoloji avadanlıqlarla tanış olub.

HHQ komandanı təlimə cəlb olunan Azərbaycan Ordusunun nümayəndələri ilə görüşüb və onlara uğurlar arzulayıb.



Әlaqәli Xәbәrlәr