Fuad Oqtay və Ersan Saner arasında telefon görüşü olub

Vitse-prezident Fuad Oqtay Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ersan Saner ilə telefonla danışıb.

1631224
Fuad Oqtay və Ersan Saner arasında telefon görüşü olub

Vitse-prezident Fuad Oqtay Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ersan Saner ilə telefonla danışıb.

Telefon söhbəti zamanı İsveçrənin Cenevrə şəhərindəki qeyri-rəsmi Kıbrıs danışıqları və Türkiyə-KKTC İqtisadi və Maliyyə Əməkdaşlıq Protokolu daxilində göstərləcək fəaliyyətlər müzakirə edilib.

Baş nazir Saner vitse-prezident Oqtay ilə çox səmərəli görüş keçirdiklərini ifadə edərək, Trükiyənin KKTC-nin yeni tip koronavirus (Covid-19) epidemiyasını müvəffəqiyyətlə arxada buraxması, yaşanan iqtisadi çətinliklərin öhdəsindən gəlinməsi və suveren, müstəqil KKTC-nin beynəlxalq aləmdə layiqli yerini alması üçün ölkəsini hər baxımdan dəstəklədiyini vurğulayıb.

Ana vətən Türkiyənin dəstəyilə may ayından etibarən infrastruktur işlərinin başlayacağını və ölkənin qısa müddətdə bir inşaat sahəsinə çevriləcəyini ifadə edən Saner "Qarşıdan gələn günlərdə protokolun həyata keçirilməsi və işlərə sürət qazandırılması üçün vacib olan hər şeyin yerinə yetiriləcəkdir" deyib.



Әlaqәli Xәbәrlәr