Azərbaycandan daha 12 qazi Türkiyəyə göndərildi

Vətən müharibəsində ağır yaralanan daha 12 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

1625542
Azərbaycandan daha 12 qazi Türkiyəyə göndərildi

Vətən müharibəsində ağır yaralanan daha 12 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Qeyd olunub ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən Azərbaycana gələn, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

"“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir", - məlumatda bildirilib.

Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazi müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.



Әlaqәli Xәbәrlәr