Serbiya və TÜRKSOY arasında əməkdaşlıq protokolu imzalandı

Serbiyanın paytaxtı Belqradda təşkil edilən imza mərasimində ölkənin mədəniyyət naziri Maya Qoykoviç (Maja Gojkovic) ilə TÜRKSOY-un baş katibi Düsen Kaseinovla yanaşı Türkiyənin yeni Serbiya səfiri Hami Aksoy da iştirak edib

1623025
Serbiya və TÜRKSOY arasında əməkdaşlıq protokolu imzalandı

 

  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-la Serbiya Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq protokolu imzalandı.

  Serbiyanın paytaxtı Belqradda təşkil edilən imza mərasimində ölkənin mədəniyyət naziri Maya Qoykoviç (Maja Gojkovic) ilə TÜRKSOY-un baş katibi Düsen Kaseinovla yanaşı Türkiyənin yeni Serbiya səfiri Hami Aksoy da iştirak edib.

  M.Qoykoviç imza mərasimindən sonra etdiyi şərhdə bildirib: “Sözügedən protokol mədəni və tarixi əlaqələri inkişaf etdirəcək, azad fikir və təcrübə mübadiləsinə imkan yaradacaq. Kino, teatr, muzey, arxiv və musiqi başda olmaqla əməkdaşlığımızı daha hansı sahələrdə artıra biləcəyimizlə bağlı geniş müzakirələr apardıq."

  D.Kaseinov isə öz çıxışında TÜRKSOY-un beynəlxalq qardaşlıq bağlarını gücləndirmək adına dünyanın dörd bir tərəfində təşkil etdiyi tədbirləri  xatırladaraq deyib: “Serbiya Mədəniyyət Nazirliyi ilə TÜRKSOY arasında imzalanan bu protokol digər ölkələrə də bir nümunə ola bilər. Millətlərin ortaq tərəfləri vardır və bu ortaq dəyərləri canlı tutmaq lazımdır."



Әlaqәli Xәbәrlәr