Azərbaycan və Türkiyə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri

Azərbaycan respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən

1614427
Azərbaycan və Türkiyə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri

 

  Azərbaycan respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır.

  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.

  Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq.

  Təlimlər aprelin 8-dək davam edəcək.

 



Әlaqәli Xәbәrlәr