25 Mart – Azərbaycan Milli Qəhrəmanı fəxri adının təsis edildiyi gündür

Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan Azərbaycanın Milli Qəhrəmanı adı “Azərbaycanın Milli Qəhrəmanı adının müəyyən olunması haqqında” Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunub

1606826
25 Mart –  Azərbaycan Milli Qəhrəmanı fəxri adının təsis edildiyi gündür

 

  Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan Azərbaycanın Milli Qəhrəmanı adı “Azərbaycanın Milli Qəhrəmanı adının müəyyən olunması haqqında” Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunub.

  Azərbaycanın Milli Qəhrəmanı adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.

  Azərbaycanın Milli Qəhrəmanı adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.

  Azərbaycanın Milli Qəhrəmanı adı eyni şəxsə bir dəfə verilir.

  Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı – “Ay-Ulduz” medalı “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir. “Ay-Ulduz” medalı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən “Qızıl Ulduz” medalı ilə əvəz edilib.



Әlaqәli Xәbәrlәr