Şuşada alovlanan Novruz tonqalı bir gün Qərbi Azərbaycanda da alovlanacaq

Aşıq Ələsgərin 200 illik yubileyi çərçivəsində İrəvan Türk Cümhuriyyəti onlayn elmi konfrans təşkil edib

1605540
Şuşada alovlanan Novruz tonqalı bir gün Qərbi Azərbaycanda da alovlanacaq

 

  Aşıq Ələsgərin 200 illik yubileyi çərçivəsində İrəvan Türk Cümhuriyyəti onlayn elmi konfrans təşkil edib.

  Giriş sözü çıxış edən İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı deyib: “İrəvan Türk Cümhuriyyəti adına Ermənistan deyilən ərazidə yetişmiş bütün böyük şəxsiyyətlərin tanıdılması, doğma torpaqlardan boy atmış elm, sənət və ictimai-siyasi xadimlərinin xatirəsinin həmişə uca tutulması və bu yurd insanlarının bəşəriyyətə verdiyi töhfələrin diqqətə çatdırılması borcumuzdur. Aşıq Ələsgər yalnız haqq aşığı deyil, həm də Qərbi Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyət, müdrik mütəfəkkir və filisof şair olub. Onun yaratdığı məktəb doğulduğu Göyçə mahalı ilə məhdudlaşmayaraq bütün yaxın və uzaq coğrafiya türklüyünün şeir, sənət və ilham qaynağına çevrilib”.

  Türkiyənin Hacı Bektaş Vəli Universitetinin professoru Bayram Durbilmez isə çıxışında Aşıq Ələsgərin sənət zirvəsi və aşıqlığının Türkiyə, Güney Azərbaycan və başqa bölgələrə təsirindən danışıb və onun şəxsiyyət kimi özəlliklərindən bəhs edib.

  Aşıq Ələsgərin böyüklüyü, onun qəbrinin düşmən tapdağı altında olması və bir gün onun məzarı önündə sənətkarın yad edilməsi bütün məruzəçilər tərəfindən yekdilliklə söylənilib və “Bu gün Şuşada alovlanan Novruz tonqalı bir gün Qərbi Azərbaycandakı əsir yurdlarımızda da alovlanacaqdır” fikri səslənib.

  Konfransın sonunda Aşıq Nemət və şagirdi Aşıq Aişənin ifasında Aşıq Ələsgərin qoşmaları oxunub.



Әlaqәli Xәbәrlәr