Qarabağda minaların partlaması nəticəsində onlarla vətəndaş həyatını itirdi

Məlumatı Azərbaycan Baş Prokurorluğu verib

1598813
Qarabağda minaların partlaması nəticəsində onlarla vətəndaş həyatını itirdi

 

  Azərbaycanın Dağlıq Qarabağ bölgəsində müharibənin bitdiyi 10 noyabr 2020-ci il tarixindən bu yana Ermənistan hərbi qüvvələrinin işğalı dövründə döşədiyi minaların partlaması nəticəsində 10 azərbaycanlı vətəndaş həyatını itirib.

  Məlumatı Azərbaycan Baş Prokurorluğu verib.

  Sözügedən dövrdə mina partlaması nəticəsində 11 vətəndaş isə yaralanıb.

  Qeyd edək ki, ölkənin Baş Prokurorluğu vətəndaşlara "İşğaldan qurtarılan torpaqlar minalardan tam təmizlənməyənə qədər əraziyə daxil olmayın" xəbərdarlığını edib.



Әlaqәli Xәbәrlәr