Ersin Tatar Kıbrıs (Kipr) məsələsinin həllindən danışıb

E. Tatar Kıbrısda (Kiprdə) bir razılaşma əldə ediləcəksə, artıq bunun təməlində suveren bərabərliyə əsaslanan yan-yana yaşayan iki bərabər dövlətin əməkdaşlığının olacağını bildirib.

1597494
Ersin Tatar Kıbrıs (Kipr) məsələsinin həllindən danışıb

"Kıbrısda (Kiprdə) bir razılaşma əldə ediləcəksə, artıq bunun təməlində suveren bərabərliyə əsaslanan yan-yana yaşayan iki bərabər dövlətin əməkdaşlığı olacaq".

Bunu Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar BMT Baş katibinin Kıbrıs üzrə xüsusi məsləhətçisi Ceyn Holl Luteni qəbulu zamanı deyib.

Qəbuldan sonra təşkil edilən mətbuat konfransında açıqlama verən Tatar 27-29 aprel tarixlərində BMT-nin başçılığında zamin dövlətlərin (Türkiyə, Yunanıstan, İngiltərə) də iştirakı ilə 5+1 formatında Kıbrıs mövzulu qeyri-rəsmi konfrans keçiriləcəyini xatırladıb. 

Kıbrıs Türk tərəfi olaraq həmişə olduğu kimi Kıbrısda ədalətli, daimi və davamlı bir razılaşma əldə edilə bilməsi üçün yaxşı niyyətlə toplantıya qatılacaqlarını vurğulayan Tatar federal əsasda bir razılaşma üçün keçirilən və nəticə əldə edilməyən yığıncaqlardan fərqli ola bilməsi üçün fərqli bir zəmin axtarışında olduqlarını bildirib.
Bəzi tərəflərdən BMT parametrləri, qətnamələri və Avropa İttifaqının bir sıra gözləntiləri kimi Kıbrıs Türk tərəfini məhdud edən dəyərləndirmələr edildiyini və bunların əsassız olduğunu qeyd edən Ersin Tatar "Kıbrısda bir razılaşma əldə ediləcəksə, artıq bunun təməlində suveren bərabərliyə əsaslanan yan-yana yaşayan iki bərabər dövlətin əməkdaşlığı olacaq. Bu iki dövlətin beynəlxalq bərabər statusunun təmin olunması ilə bir razılaşma ola bilcəyini Lute ilə mübahisə etdik" deyib.



Әlaqәli Xәbәrlәr