Türküstandan beynəlxalq ilk uçuş Türkiyəyə təşkil ediləcək

Qazaxıstanın Türküstan şəhərində keçən il dekabrda istifadəyə verilən Türküstan Beynəlxalq Hava Limanından ilk beynəlxalq uçuş 21 mart tarixində İstanbula təşkil ediləcək.

1595733

Qazaxıstan Mülki Aviasiya Komitəsinin verdiyi açıqlamada Türküstan Beynəlxalq Hava Limanının ilk beynəlxalq uçuşlar üçün bilet satışına başladığı bildirilib. 

Açıqlamada 1 dekabr 2020-ci il tarixində istifadəyə verilən hava limanından ölkə xaricinə ilk uçuşun 21 martda Türkiyəyə reallaşdırılacağı qeyd edilib və Türküstan-İstanbul-Türküstan marşrutu ilə həyata keçiriləcək ilk beynəlxalq uçuşun "Fly Arystan" hava yolu şirkəti tərəfindən həyata keçiriləcəyi qeyd olunub. 

"İlk növbədə həftədə 2 uçuş, daha sonra həmin istiqamətdə uçuş sayının həftədə 7-yə çıxarılacaq" deyə açıqlamada vurğulanıb.

Әlaqәli Xәbәrlәr