5 Mart – Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

Bu tarix Azərbaycan prezidenti İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd olunur

1594557
5 Mart – Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

 

   "İdman bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".  H.Əliyev

 

  Bu tarix Azərbaycan prezidenti İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd olunur.

  Ölkədə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır.

  Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Azərbaycanın üçüncü prezidenti Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

  İndiki prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkədə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı.

  İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini verdi.

  2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında Azərbaycan idmançılarının qazandığı qələbəni xüsusilə qeyd etmək lazımdır. Bu yarışlarda Azərbaycan idmançıları 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal böyük tarixi nailiyyətdir.

  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın ölkədə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verir və Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır.

  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı həm də idman dövləti kimi tanıdır.

  “Sağlam bədəndə sağlam ruh olar” pirinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.



Әlaqәli Xәbәrlәr