Kipr səfəri təxirə salındı

Şimali Kipr Türk Respublikasının  prezidenti Ərsin Tatar Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə  Yüksək Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell ilə danışıb

1585337
Kipr səfəri təxirə salındı

 

  Şimali Kipr Türk Respublikası prezident  administrasiyasından  telefon yolu  ilə  baş tutan  danışıqla  əlaqəli  yayılan  məlumata  görə, Borrell  görüş zamanı  adaya 19 fevral tarixində  planlaşdırdığı   səfərini  cari  ilin  Mart  ayının  4-nə  təxirə   saldığını  bildirib.  Prezident  aparatından  yayılan   açıqlamada   danışıq  zamanı  gündəlikdəki   məsələlərin  müzakirə  edildiyinə  diqqət çəkilib.

  Yunan KİV-lərində dərc olunan xəbərlərə görə Borrell ilə  Kipr Rum İcmasının  lideri Nikos Anastasiadis  arasında da  telefon danışığı  olub. 



Әlaqәli Xәbәrlәr