Zakir Həsənov: "Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir"

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxış edib.

1581866
Zakir Həsənov: "Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir"

“Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir. Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən faydalanmaq bizim üçün vacibdir”.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

“Azərbaycan və Türkiyə arasında tarixi, dini və mədəni bağlar var. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən “bir millət, iki dövlət” olaraq ifadə edilən Türkiyə-Azərbaycan əlaqələri bu gün dövlət başçılarımızın rəhbərliyi altında uğurla davam etməkdədir. Azərbaycanla Türkiyə arasında əlaqələrin davam etməsinə dövlət başçılarımızın böyük töhfəsi var”, - deyə Z. Həsənov vurğulayıb.



Әlaqәli Xәbәrlәr