Türk Şurası ‘‘Covid-19’’ la bağlı iclas keçirdi

Türk Şurasının videokonfrans formatında tәşkil edilәn V Elmi Komitәsinin iclasında yeni növ koronavirus epidemiyası vә vaksinasiya prosesi ilә bağlı tәcrübәlәr müzakirә olunub.

1551615
Türk Şurası ‘‘Covid-19’’ la bağlı iclas keçirdi

 

Türk Şurasının videokonfrans formatında tәşkil edilәn V Elmi Komitәsinin iclasında yeni növ koronavirus epidemiyası vә vaksinasiya prosesi ilә bağlı tәcrübәlәr müzakirә olunub.

Türk Şurasından verilәn bәyanata görә, Baş katibin müavini Ömәr Kocaman iclasda etdiyi çıxışda Türk Şurası ilә Ümumdünya Sәhiyyә Tәşkilatı arasında sәhiyyә sahәsindә әldә olunan әmәkdaşlıq ilә yanaşı aparılan son fәaliyyәtlәr ilә bağlı iştirakçılara mәlumat verib.

Sәhiyyә nazirinin müavini Alp Meşe dә Türkiyәdә peyvәndlә bağlı aparılan fәaliyyәtlәr haqqında mәlumat verәrәk Türkiyәnin dünyadakı әn inkişaf etmiş peyvәnd tәqib sistemlәrindәn birinә malik olduğunu bildirib. Alp Meşe Türkiyәnin sistemlә bağlı tәcrübәlәrini bölüşmәyә vә üzv dövlәtlәrә kömәk etmәyә hazır olduğunu ifadә edib.

Sәhiyyә Nazirliyinin ‘‘Covid-19’’ әleyhinә hazırlanan peyvәndlә bağlı bütün mәsәlәlәr vә problemlәrlә әlaqәdar internet sәhifәsi hazırladığını bildirәn Alp Meşe internet sәhifәnin qısa müddәt әrzindә fәaliyyәtә başlayacağını qeyd edib.

Hacettepe Universitetinin professoru Arzu Topeli İskit dә reanimasiya şöbәlәrindә  koronavirusa yoluxmuş xәstәlәrin müalicәsi, xәstәliklә mübarizə üsulları və statistikası barədə ətraflı məlumat verib.

Çıxışlardan sonra Türkiyədəki  vaksinasiya prosesi, ilkin  qrupların müәyyәn edilmәsi vә epidemiya ilә bağlı bütün  sualların cavablandırılması ilә bağlı iclaslar keçirildi.
 



Әlaqәli Xәbәrlәr