Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 dekabr)

Azərbaycanda bir gündə 47 nəfər "Covid-1"dan vəfat edib, 4 min 381 nəfər yoluxub, 3658 nəfər sağalıb

1543984
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 dekabr)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 4 min 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 167 min 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 min 550 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı 61 min 765 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 282, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 918  min 866 test aparılıb.



Әlaqәli Xәbәrlәr