Şuşa zəfəri Ankarada coşğu ilə qarşılandı

Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qədim Şuşa şəhərinin erməni faşistlərinin işğalından azad olunması Türkiyənin müxtəlif şəhərlərində olduğu kimi paytaxtı Ankara şəhərində də böyük coşğu ilə qarşılandı.

1524120
Şuşa zəfəri Ankarada coşğu ilə qarşılandı

Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qədim Şuşa şəhərinin erməni faşistlərinin işğalından azad olunması Türkiyənin müxtəlif şəhərlərində olduğu kimi paytaxtı Ankara şəhərində də böyük coşğu ilə qarşılanıb.

Azərbaycan övlətinin və xalqının sevincini bölüşmək istəyən insanlar Azərbaycanın Türkiyədəki Səfirliyinin qarşısına toplaşıblar. Azərbaycan və Türkiyənin dövlət bayrağını dalğalandıran aksiya iştirakçıları birlik, həmrəylik, qələbə və zəfər şüarları səsləndiriblər.

Sonra hər iki qardaş ölkənin bayraqları ilə bəzədilən maşın karvanı Ankaradakı Heydər Əliyev Parkına yola düşüb.

İstanbulun “Beyazit meydanı”nda da Azərbaycan Ordusunun son uğuru - Şuşa şəhərinin işğaldan azad olunması münasibəti ilə izdihamlı aksiyası təşkil olunub.

Kütləvi tədbirdə ilk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qarabağ Azərbaycandır!” şüarlarının səsləndirildiyi mitinqdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni işğalına son qoyulması ilə bağlı şüarlar səsləndirilib. Bir neçə saat davam edən aksiyada vətənpərvərlik mahnıları ifa olunub, könüllü olaraq Azərbaycan ordusunda xidmət üçün yazılan gənclərin çıxışları dinlənilib. Onlar müzəffər Azərbaycan Ordusunun yanında olduqlarını deyərək, qələbə diləyiblər.



Әlaqәli Xәbәrlәr