Ersin Tatar xalqa müraciәt edib

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin yeni seçilmiş prezidenti Ersin Tatar seçkilәrin rәsmi olmayan nәticәlәri açıqlandıqdan sonra partiyasının mәrkәzi qәrargahının qarşısında çıxış edib.

1511425

Çıxışında xalqa tәşәkkür edәn Ersin Tatar deyib: ‘‘Sәs verәn, vermәyәn hәr kәsә tәşәkkür edirәm.Bizim üçün әhәmiyyәtli olan birlik, bәrabәrlik içindә Şimali Kıbrıs Türk Cümhuriyyәtini daha da irәliyә çatdırmaqdır vә gәlәcәk nәsillәrә daha tәhlükәsiz gәlәcәk tәhvil vermәkdir''.

Tatar yeni növ koronavirus epidemiyası sәbәbindәn yaşanan maliyyә problemlәri zamanı Türkiyәnin göstәrdiyi yardımlara görә prezident Rәcәb tayib Әrdoğana vә kömәkçisi Fuad Oqtaya tәşәkkür edib.

‘‘Burdan bütün dünyaya sәslәnmәk istәyirәm.Kıbrıslı türklәr var vә olacaq’’,-deyә Ersin Tatar vurğulayıb.

Әlaqәli Xәbәrlәr