Qırğızıstanda siyasi gərginlik

Qırğızıstan Prezidenti Sadır Caparovun hökumət quruluşu və proqramını təsdiqlənməsi üçün Parlament tərəfindən ona göndərilən fərmana veto qoyub.

1508904
Qırğızıstanda siyasi gərginlik

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov həbsxanadan çıxarılaraq, Baş nazir postuna təyin edilən sabiq millət vəkili Sadır Caparovun hökumət quruluşu və proqramını təsdiqlənməsi üçün Parlament tərəfindən ona göndərilən fərmana veto qoyub.

Prezident Administrasiyasının Mətbuat Mərkəzindən verilən açıqlamaya görə, Caparovun baş nazirliyi və kabinetinin qanuniliyinin cəmiyyətdə şübhə ilə qarşılandığını əsas gətirən Prezident Jeenbekov 120 millət vəkilindən ibarət Parlamentin səsverməsində səs çoxluğu əldə olunmadığı üçün fərmanın geri qaytarılmasına qərar verib.

Baş nazirliyə namizəd və kabinet üzvlərinin seçildiyi fövqəladə parlamentin plenar iclasına 51 millət vəkilinin qatıldığı və 10 millət vəkilinin etibarnamə göndərdiyi bildirildi. Baş nazirliyə namizəd, hökumətin proqramı, quruluşu və kabinet üzvlərinin təsdiqlənməsi üçün Parlamentin mütləq əksəriyyəti olan ən azı 61 millət vəkilinin səsverməyə şəxsən qatılmasının lazım olduğu vurğulanıb.

Oktyabrın 4-də Qırğızıstanda keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğv olunmasını tələb edən müxalifətin təşkil etdiyi etirazlar alovlandıqdan sonra Prezident Administrasiyası, eləcə də parlament binası işğal və talan edilmişdi.

Nümayişçilərin bir qismi, “qubernatoru girov götürmək və etirazlar təşkil etmək” maddəsi ilə həbs edilən Ata Curt Partiyasının sabiq millət vəkili Sadır Caparovu həbsxanadan çıxararaq həmin gün baş nazir kürsüsünə təyin etmişdilər.



Әlaqәli Xәbәrlәr