Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 avqust)

Azərbaycanda daha 167 nəfər koronavirusdan sağalıb, 124 nəfər yoluxub.

1474464
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 avqust)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

  TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, 1 793 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, bu günə qədər isə ümumilikdə 836 908 test icra olunub.

 



Әlaqәli Xәbәrlәr