Hulusi Akar Azәrbaycana sәfәr edib

Türkiyәnin Milli Müdafiә Naziri Hulusi Akar Türkiyә Silahlı Qüvvәlәrinin komandanları ilә azәrbaycana sәfәr edib.

1471870
Hulusi Akar Azәrbaycana sәfәr edib
Hulusi Akar-Azerbaycan.jpg
Azerbaycan-2.jpg

 

Türkiyәnin Milli Müdafiә Naziri Hulusi Akar Türkiyә Silahlı Qüvvәlәrinin komandanları ilә azәrbaycana sәfәr edib.

Nazir Hulusi Akarı sәfәri çәrçivәsindә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr, Quru Qoşunları komandanı, general Ümit Dündar, Hәrbi Dәniz Qüvvәlәrinin komandanı, admiral Adnan Özbal vә Hәrbi Hava Qüvvәlәrinin komandanı Hәsәn Küçükakyüz müşayiәt edirlәr.

Hulusi Akar Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək vә prezident İlham Әliyev tәrәfindәn qәbul edilәcәk.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Müdafiə naziri Hulusi Akar xatirə dəftərinə bunları yazıb:
"Nəcib türk millətinin qəhrəman oğulları, müqəddəs şəhidlərimiz, sizlər, azərbaycanlı türk qardaşlarımızla birlikdə, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canınızı fəda etdiniz və şəhidlik səviyyəsinə çatdınız. Qəhrəmanlığınız və fədakarlıqlarınız həmişə nəsillər tərəfindən  minnətdarlıqla xatırlanacaq. Qəhrəman şəhidlərimizi mərhəmət və minnətdarlıq hissi ilə yad edirik. Ruhlarınız şad olsun".



Әlaqәli Xәbәrlәr