Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 avqust)

Ötən 24 saat ərzində koronavirus infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb,

1470377
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 avqust)

 Ötən 24 saat ərzində koronavirus infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

  TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 33 min 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 30 min 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib. Aktiv xəstə sayı  2523 nəfərdir.

  Ötən müddət ərzində 779 min 508 test aparılıb.

Azərbaycanda aylardan sonra yoluxma sayı son iki gündür 100-dən aşağıdır.

Ölkədə virusdan həlak olanların sayı da azalmaqdadır. Avqustun əvvəlində 5-dən yuxarı olan mövcud yoluxma sayı 2 min 513-dək azalıb.



Әlaqәli Xәbәrlәr