Türkiyə ilə Azərbaycanın "TurAz Qartalı 2020" ortaq hərbi təlimi davam edir
Azərbaycan Milli Müdafiə Nazirliyindən verilən məlumata görə

Türkiyə ilə Azərbaycan silahlı qüvvələrinin Azərbaycanda başladığı "TurAz Qartalı 2020" ortaq hərbi təlimi davam edir.
Azərbaycan Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, manevrdə Türkiyə F-16 təyyarələri ilə Azərbaycana aid döyüş təyyarələri ssenariyə uyğun olaraq gecə və gündüz uçuşları reallaşdırıb.
Qarşılıqlı hərəkətetmə imkanlarının öyrənilməsilə yanaşı, axtarış-xilasetmə fəaliyyətləri ilə havadan yerdəki hədəflərin vurulmasının yerinə yetirildiyi hərbi təlimdə təyyarələr himayə və hücum vəzifələrini icra edir.
Birgə taktiki-uçuş təlimləri zamanı məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçan helikopter ekipajları da müxtəlif epizodlar üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.
Әlaqәli Xәbәrlәr

Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 mart)
Azərbaycanda daha 195 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb.