Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 avqust)

Ötən 24 saat ərzində koronavirus infeksiyasına 241 yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

1466361
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 avqust)

Ötən 24 saat ərzində koronavirus infeksiyasına 241 yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 32 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 27 min 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib. Aktiv xəstə sayı 4456 nəfərdir.

Ötən müddət ərzində 744 min 837 test aparılıb.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 2020-ci il iyunun 21-dən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir.



Әlaqәli Xәbәrlәr