Türkiyә-Azәrbaycan birgə genişmiqyaslı taktiki təlimləri davam edir

Hərbi Hava qüvvələrinin taktiki-uçuşları ilə start götürən təlimdə hər iki ölkənin döyüş təyyərələri və helikopterləri yer alır.

1465864
Türkiyә-Azәrbaycan birgə genişmiqyaslı taktiki təlimləri davam edir

 

 

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq  Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.

Hərbi Hava qüvvələrinin taktiki-uçuşları ilə start götürən təlimdə hər iki ölkənin döyüş təyyərələri və helikopterləri yer alır.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Tәlimlәr avqustun 10-dәk davam edәcәk.



Әlaqәli Xәbәrlәr