Azərbaycan-Türkiyə genişmiqyaslı birgə hərbi təlimləri başlayıb

Hərbi Hava qüvvələrinin taktiki-uçuşları ilə start götürən təlimdə hər iki ölkənin döyüş təyyərələri və helikopterləri yer alır.

1464275
Azərbaycan-Türkiyə genişmiqyaslı birgə hərbi təlimləri başlayıb
Türkiye ve Azerbaycan'ın geniş kapsamlı ortak askeri tatbikatı.jpg

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb.

Hərbi Hava qüvvələrinin taktiki-uçuşları ilə start götürən təlimdə hər iki ölkənin döyüş təyyərələri və helikopterləri yer alır.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.



Әlaqәli Xәbәrlәr