Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 iyul)

Ötən 24 saat ərzində koronavirus infeksiyasına 332 yoluxma faktı qeydə alınıb.

1461392
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 iyul)

Ötən 24 saat ərzində koronavirus infeksiyasına 332 yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 29 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 21 min 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib. Aktiv xəstə sayı 7365 nəfərdir.

 Ötən müddət ərzində 667 min 819 test aparılıb.

Qeyd edək ki, Azərbaycanda son bir həftədə gündəlik yoluxma halında azalma müşahidə olunur. İyul ayının əvvəlində gündəlik 600-ə yaxın yoluxma qeydə alınarkən, ölkədə son 6 gündə virusun yoluxduğu insan sayı 400-dən aşağı, sağalanların sayı isə yeni yoluxma hallarından yuxarıdır. 



Әlaqәli Xәbәrlәr