Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 iyul)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1457817
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 iyul)

 

  Ötən sutka ərzində korona virusu infeksiyasına 388 yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 27 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 18 min 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib. Aktiv xəstə sayı 8200 nəfərdir.

  Ötən müddət ərzində 627 min 881 test aparılıb. Bugünkü test sayı isə 8095-dir.



Әlaqәli Xәbәrlәr