İlham Әliyev: ‘‘Azǝrbaycanın ǝldǝ etdiyi beynǝlxalq uğurlar Ermǝnistanı narahat edir’’

Azǝrbaycan prezidenti İlham Әliyev bildirib ki, düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb.

1454182
İlham Әliyev: ‘‘Azǝrbaycanın ǝldǝ etdiyi beynǝlxalq uğurlar Ermǝnistanı narahat edir’’

 

Azǝrbaycan prezidenti İlham Әliyev bildirib ki, düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb.

Bu sözlǝri prezident  İlham Әliyev Tǝhlükǝsizlik Şurasının iclasında  deyib.

Ermǝnistan ordusunun dünǝn qǝflǝtǝn  Azǝrbaycan mövqelǝrinǝ hücum etdiyini söylǝyǝn İlham Әliyev şǝhid olan ǝsgǝrǝ Allahdan rǝhmǝt dilǝyib.

Düşmǝnǝ adekvat cavabın verildiyini deyǝn İlham Әliyev bildirib ki, Ermǝnistanın bütün sǝylǝri boşa getdi. Azǝrbaycan öz sǝrhǝdini qorudu  vǝ ermǝni ǝsgǝrlǝri Azǝrbaycan torpaqlarına daxil ola bilmǝdi.

Prezident İlham Әliyev sǝrhǝddǝki vǝziyyǝtin hǝlǝ dǝ gǝrgin olduğunu vurğulayaraq Ermǝnistan rǝhbǝrliyinin yaşananlara görǝ mǝsuliyyǝt daşıdığını söylǝyib.

‘‘Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib’’,-deyǝ Azǝrbaycan prezidenti İlham Әliyev deyib.

İlham Әliyev hǝmçinin bildirib ki, düşmǝnǝ dünǝn vǝ bu gecǝ lazımi cavabı verdik. Hǝrbçimizin qisası alındı vǝ bundan sonra da alınacaq. Şǝhidlǝrimizin qanı yerdǝ qalmadı vǝ qalmayacaq.



Әlaqәli Xәbәrlәr