Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 iyul)

Azərbaycan respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1448568
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 iyul)

 

  Azərbaycan respublikasında korona virusu infeksiyasına daha 583 yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 19 min 267 nəfərin korona virusu infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib. Aktiv xəstə sayı 8212 nəfərdir.

  Ötən müddət ərzində 502 min 965 test aparılıb. Bugünkü test sayı isə 7137-dir.



Әlaqәli Xәbәrlәr