Ersin Tatar Şərqi Aralıq dənizində sülh və əməkdaşlığa çağırıb

Ersin Tatar Kıbrıs Anastasiadisin bölgədə baş verən hadisələri düzgün qiymətləndirilə bilmədiyini bildirib.

1447547
Ersin Tatar Şərqi Aralıq dənizində sülh və əməkdaşlığa çağırıb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar Şərqi Aralıq dənizində hər kəsin xeyrinə olacaq bir sülh və əməkdaşlığının, ancaq Kıbrıs Türkləri və Türkiyənin bölgədəki haqlarının qəbul edilməsilə mümkün ola biləcəyini söylədi.
Türk Agentliyi Kıbrısın (TAK) verdiyi məlumata görə, Tatar verdiyi yazılı açıqlamada Kıbrıs Rum İcmasının lideri Nikos Anastasiadisin Yunanıstanın televiziya kanalına verdiyi bəyanatını qiymətləndirib.
Anastasiadisin bölgədə baş verən hadisələri düzgün qiymətləndirilə bilmədiyini vurğulayan baş nazir Tatar "Təəssüf ki, Kıbrıs Rum lideri Avropa İttifaqından istifadə edərək Türkiyə ilə Kıbrıs Türk xalqının Şərqi Aralıq dənizindəki haqlarını qəsb edə biləcəyi xəyalından əl çəkib, məntiq yolu ilə Kıbrıs Türk tərəfilə əməkdaşlığa yanaşmır" ifadəsini səsləndirib.
Kıbrısda iki ayrı dövlət və bərabər suverenlik hüquqlarına sahib iki ayrı xalq olduğu həqiqətini heç kəsin inkar edə bilməyəcəyini vurğulayan Ersin Tatar "Şərqi Aralıq dənizində hər kəsin xeyrinə olacaq realist bir sülh və əməkdaşlıq ancaq Kıbrıs Türkü və Türkiyənin haqlarının qəbul edilməsilə mümkündür" deyib.



Әlaqәli Xәbәrlәr