Azərbaycanda daha 339 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda daha 339 nəfərdə "Covid-19" aşkarlanıb, 4 nəfər vəfat edib

1433510
Azərbaycanda daha 339 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda daha 339 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda 339 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Vəziyyəti ağır olan xəstə barədə bu dəfə məlumat verilməyib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 min 032 test aparılıb.

Ölkədə karantin müddəti 1 iyul tarixinədək uzadıldıqda, 14-15 iyun tarixlərində yenə ölkə miqyasında evdən çıxma qadağası tətbiq ediləcək.



Әlaqәli Xәbәrlәr